“Cırtdan və sehrli xalat” adlı 3D animasiya filmi çəkiləcək

“Cırtdan və sehrli xalat” adlı 3D animasiya filmi çəkiləcək
# 14 avqust 2014 07:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “3Dost” animasiya studiyası “Cırtdan və sehrli xalat” adlı yeni 3D animasiya filmi çəkəcək.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, animasiya filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır. Filmin ideya müəllifi Müşfiq Hətəmov, ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları Rəşad Əfəndiyev və Yusif Qabilovdur.

Səkkiz personajlı animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır.

Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR