Azərbaycanda QHT-lərdən görülən işlərin müqavilə əsasında həyata keçirilməsi tələb olunacaq

Azərbaycanda QHT-lərdən görülən işlərin müqavilə əsasında həyata keçirilməsi tələb olunacaq
# 15 oktyabr 2014 11:32 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna yeni 24-2.-ci maddə əlavə olunur.

Yeni maddəyə əsasən, “Qeyri hökumət təşkilatı tərəfindən bu qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır”.

Əlavə olunmuş yeni maddədə o da göstərilir ki, “Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 17-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR