Azərbaycan magistral kəmərləri ilə neft və qazın nəqli artırıb

Azərbaycan magistral kəmərləri ilə neft və qazın nəqli artırıb
# 17 oktyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 34,8 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artım müşahidə olunub. Nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 26,3 mln. ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 4,0 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu müddət ərzində ölkənin magistral qaz kəmərləri ilə 16,0 mlrd. kubmetr və ya 9,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın 29,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4,7 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR