Zaqatalada 75 yaşlı kişi özünü öldürüb

Zaqatalada 75 yaşlı kişi özünü öldürüb
# 18 sentyabr 2014 07:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Zaqatalada intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Suvagil kəndində qeydə alınıb.

Kənd sakini, 1939-cu il təvəllüdlü Zübahir Qurbanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR