“Avropa irs günləri” ilə bağlı əsas qoruq və muzeylər ödənişsiz fəaliyyət göstərəcək

“Avropa irs günləri” ilə bağlı əsas qoruq və muzeylər ödənişsiz fəaliyyət göstərəcək
# 10 oktyabr 2014 15:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanda “Avropa İrs Günləri”nin qeyd edilməsi ilə bağlı 11-12 oktyabrda ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bura Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət təsisatları - Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Qobustan” Milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu (Ümumdünya İrs Obyekti), “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu, Qəbələ Dövlət tarix-bədii qoruğu, Kiş tarix-memarlıq qoruğu daxildir.

Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR