Krım erməniləri muxtariyyat tələb edirlər

Krım erməniləri muxtariyyat tələb edirlər
# 27 oktyabr 2014 15:03 (UTC +04:00)

Bakı – APA. Krımda yaşayan ermənilər milli-mədəni muxtariyyat yaratmaq qərarına gəliblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar Krım erməni cəmiyyətinin qurultayında qəbul olunub.

Yeni regional birliyə ermənilərin 17 yerli milli-mədəni muxtariyyatı daxil olacaq.

Cəmiyyətin sədri Vaqarşak Melkonyan bildirib ki, yeni təsisat ermənilərə respublika və federal büdcədən erməni mədəniyyəti və dilinin qorunması ilə bağlı proqramların maliyyələşməsinə iddia etmək imkanı verəcək.

Krımın erməni icması həmçinin Ermənistan Xarici İşlər Nazirliyinə Krımda konsulluğun açılması ilə bağlı müraciət ünvanlayıb. Hazırda Krımda 15-20 min erməninin yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR