“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyənləşib

“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyənləşib
# 07 avqust 2014 10:50 (UTC +04:00)

APA-nın məlumatına görə, Avstriyanın ORF İctimai Yayım Şirkəti uzun müzakirələrdən sonra yarışmanın Vyanada keçirilməsinə qərar verib. Yayım şirkətindən bildiriblər ki, yarışmanı keçirməyə iddialı şəhərlər arasında Qrats, İnsbruk şəhərləri də olub. Şirkətin direktoru qeyd edib ki, “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.

Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR