Türkiyədə baş verən yol qəzasında 3 azərbaycanlı tələbə ölüb, biri isə yaralanıb - VİDEO

Türkiyədə baş verən yol qəzasında 3 azərbaycanlı tələbə ölüb, biri isə yaralanıb - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2014 07:42 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Uşak şəhərində baş verib. Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı və digər tələbə Anar Musayev olduğu bildirilir.

Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub. Ülvi Sərdarov və Elvin Bəhramlı hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib. Qəzada xəsarət alanlar da olub, onlardan birinin azərbaycanlı tələbə Mayis Həsənov olduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR