Qubad İbadoğlu: “İsa Qəmbərin mövqeyi xeyli müsavatçının gözləntilərini doğrultmadı və onlarda xəyal qırıqlığı yaratdı”

Qubad İbadoğlu: “İsa Qəmbərin mövqeyi xeyli müsavatçının gözləntilərini doğrultmadı və onlarda xəyal qırıqlığı yaratdı”
# 24 noyabr 2014 14:07 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib.

Q. İbadoğlu Müsavatın sabiq başqanı İsa Qəmbərin müşavirədəki çıxışını şərh edərək, onun qurultaydan əvvəl tutduğu mövqeni davam etdirdiyini bildirib. O, keçirilmiş müşavirəni problemin yoluna qoyulması üçün əldən buraxılmış şans kimi dəyərləndirib: “Çünki bizim tərəfimizdən barışıq üçün təkliflər paketinin təqdimatına və bu yöndə olan çağırışlara xüsusilə də İsa Qəmbər tərəfindən pozitiv yanaşma nümayiş etdirilmədi. Bu, xeyli müsavatçının gözləntilərini doğrultmadı, hətta onların bəzilərində xəyal qırıqlığı yaratdı. Müşavirə həm də onu göstərdi ki, indiki keçid dövründə partiya idarəçiliyində istifadə olunan metodlar hazırkı dövrün tələblərinə adekvat deyil. Partiya idarəçiliyində ən vacib vəzifə mövcud struktura etimadın formalaşdırılması olsa da, bu istiqamətdə heç bir addım atılmır və bu da üzvlər arası münasibətlərdə gərginliyi artırır”.

Q. İbadoğlu qeyd edib ki, narazılar işçi qrup səviyyəsində müzakirələri davam etdirəcək və dekabrın birinci ongünlüyündə yekun qərar elan olunacaq: “Hazırkı müzakirələrin hədəfi növbədənkənar qurultayın çağırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq, bir vasitə kimi fraksiyanın yaradılması da gündəmdədir. Mübarizəmiz partiya daxilində davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR