Azərbaycanla Özbəkistanın gömrük xidmətləri arasında iki sənəd imzalanacaq

Azərbaycanla Özbəkistanın gömrük xidmətləri arasında iki sənəd imzalanacaq
# 14 oktyabr 2014 08:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Özbəkistan Dövlət Gömrük xidmətinin rəhbəri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib jurnalistlərə bildirib ki, səfərin əsas məqsədi ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsidir.

A. Əliyevin sözlərinə görə, görüş çərçivəsində həmkarımla gömrük əməkdaşlığı ilə bağlı həm ikitərəfli danışıqlar aparılacaq, həm də Özbəkistan tərəfini maraqlandıran Azərbaycan gömrük xidmətində və informasiya texnologiyaları sahəsində tətbiq olunan proqramlar, metodlar və s. məsələlər müzakirə olunacaq.

O qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd imzalanacaq: “Birinci sənəd Azərbaycan və Özbəkistan dövlət gömrük xidmətləri arasında dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin təşkili barədə haqqında protokoldur. İkinci sənəd 2015-2016-cı illərlə bağlı hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlıdır. Bununla əlaqədar olaraq qeyd edim ki, bu, çox geniş bir plandır. Burada müxtəlif sahələrdə, o cümlədən İT-nin tətbiqi və gömrük xidmətləri sahəsində, Azərbaycan və Özbəkistan gömrük Akademiyaları arasında, qaçaqmalçılıqla bağlı təcrübə və informasiya mübadiləsi haqqında və sair məsələlər öz əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR