Rezidentlər üçün müxtəlif mövzularda seminarlar keçiriləcək

Rezidentlər üçün müxtəlif mövzularda seminarlar keçiriləcək
# 27 oktyabr 2014 08:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi rezidentlərə müaricət edib. Nazirliyi mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rezidentlər üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 7 noyabr tarixindən başlayaraq bu ilin sonunadək hər cümə günü saat 14.00-da professor Konstantinos Kyriazis tərəfindən Daxili xəstəliklər və Kardiologiya mövzuları üzrə praktiki seminarlar keçiriləcək. İştirak etməkdə maraqlı olan rezidentlər dəvət olunurlar.

Seminarlar müxtəlif mövzularda olacaq. Bunlara sübutlu təbabət, arterial hipertenziya, kardiomiopatiyalar, ürək çatışmazlığı, ürək aritmiyaları, koronar arteriyaların xəstəliyi, ilk Tibbi Yardım və Təkmilləşdirilmiş Tibbi Yardım ─ nəzəriyyə və praktika və digərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR