Novxanıda sahibsiz mehmetcik məzarı - REPORTAJ - VİDEO

Novxanıda sahibsiz mehmetcik məzarı - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">VİDEO
# 01 avqust 2014 12:24 (UTC +04:00)

Onlardan biri də türk dünyasının ən böyük liderlərindən olan və şərqdə ilk dəfə olaraq cümhuriyyət quran Məhəmməd Əmin Rəsulzadədir. Böyük liderin adını çəkməkdə məqsədimiz var. Çünki onun doğulduğu və böyük türk dünyasının bir parçası olan Novxanı kəndindəyik. Amma bu gün türk dünyasının liderlərindən danışmayacağıq. Biz bu liderlərdən də böyük türklərdən danışacağıq. Qəhrəman türk əsgərindən, mehmetcikdən. 1918-ci ildə Bakının və Azərbaycanın digər bölgələrinə doğma qardaşlarının yardımına gələn Qafqaz İslam Ordusunun tərkibində vuruşan və xilaskarlıq missiyası yerinə yetirən qəhrəman türk əsgərlinin məzarlarına Azərbaycanın hər yerində rast gəlmək olar. Böyük qəhrəmanlığı və qardaşlıq yardımını unutmayan Azərbaycan türkləri bu şəhid məzarlarını öz doğmalarının məzarları kimi qoruyub həmişə. Hətta Sovet İmperiyasının 70 il ərzində bu qardaşlıq bağlarını pozmaq, tarixi unutdurmaq üçün türk şəhidlərinin məzarlarını məhv etmək cəhdləri də baş tutmayıb. O məzarlıqlar bu gün Azərbaycanın hər yerində - Bakıda, Salyanda, Şamaxıda, Gəncədə və başqa bölgələrimizdə də ziyarət edilir. Və hər bir türk şəhidinin baş üzərində Türkiyənin və Azərbaycanın bayraqları yanaşı dalğalanır. APA TV-nin çəkiliş qrupunun Novxanı kəndinə gəlişi də burada olan türk əsgərinin məzarı ilə bağlı idi. Gəldik, amma çəkiliş apardığımız zaman başqa məqamların şahidi olduq.

"Keçən əsrin əvvəllərində 1918-ci ildə Azərbaycan ərazisinə məlum hadisələrlə bağlı türk sgərlərinin gəlməyi və onların burada şəhid olmaları faktdır. Azərbaycanın bir çox ərazisində qəhrəman türk əsgərlərinin, türk mehmetciklərinin məzarları var. Onlardan biri də Onlardan biri də Abşeron rayonunun Novxanı qəsəbəsindədir. Hazırda biz bu məzarlardan birinin yanındayıq, bu əsgərlər keçən əsrin 60-cı illərində burda dəfn edilib. Amma bu məzar əvvəllər baş qa yerdə olub. Bu məzarın, burda dəfn edilən türk əsgərlərinin taleyində başqa bir qəribəlik də var".

Kənd sakinləri bu məzarın vaxtı ilə başqa yerdə olduğunu dedilər. 1918-ci ildə Bakının Novxanı və Binəqədi kəndləri arasında ermənilərlə gedən döyüşlərdə şəhid olan iki türk gənci elə həmin ərazidə də dəfn edilirlər. Təxminən əlli il sonra Sovet dönəmində sovxoz sisteminə keçid vaxtı həmin ərazidə üzüm sahələrinin salınması planlaşdırılır. Orada türk məzarlarının olduğunu bilən Novxanı camaatı məzarları kənd qəbiristanına köçürürlər. Bundan o vaxtkı hakimiyyətin xəbər tutub məzarları dağıdacağından ehtiyat edən sakinlər hər iki şəhidi bir məzarda dəfn edib üzərilərinə heç bir yazı yazmırlar.

"O vaxt sahələri sürüb üzüm bağları salırdılar. Bizim bir Əlisgəndər kişi olub, kəndlimiz. Qoyun otarırmış o sahədə. Baxıb ki, bu türklərin qəbirlərini traktorlar məhv edəcək. Gəlib gecə ilə kəndə ağsaqqallarla məsləhətləşib. Çıxarıb gətirib o məzarları bura. Orda iki məzar var idi. Mənim də yadımdadır, uşaq idim. Gecə ilə çıxarıb gətirdilər bura. Amma ikisini bir məzarda dəfn etdilər. Üzərinə də yazı yazmadılar. O vaxt dövran başqa idi. Sovet hökuməti, ələlxüsus da ermənilər türkləri qan içən kimi tanıtdırırdılar. Bilsəydilər gəlib sökəcəkdilər.

Hüseynbala kişi bildirdi ki, Novxanı camaatı illərdir bu qəbiristana ölülərini ziyarətə gələndə ən birinci xilaskar türk mehmetciklərinin ruhlarını yad edirlər...

"Həmişə Məhərrəm ayında, Ramazan ayında kənddə məclislərdə böyüklər deyərdilər ki, türklərin də ruhuna salavat çevirin. Mənim evim burda yaxındadır. Mənim də burada yaxınlarım dəfn edilib. Həmişə qəbiristanlığa onları ziyarətə gələndə birinci bu şəhidləri ziyarət edirəm. Biz böyüklərdən belə eşitmişik. Onlar bizi xilas etməyə gəliblər. Gənc oğlanlar olublar, oradan bura min kilometrlərlə bizi qurtarmağa gəliblər. Mən elə bilirəm ki, öz qardaşlarımdı bunlar. Öz atam kimi ruhlarına dua oxuyuram həmişə".

Hüseynbala kişi böyüklərdən eşitdiklərini də danışdı... O vaxt ermənilərin Novxanıya hücumu zamanı türk əsgərinin xilaskarlıq missiyasından danışan zaman qəhərləndi də...

"Mənim o vaxt nənəmin 3 uşağı olub. Ermənilər Novxanıya hücum etməzdən əvvəl bu ərazini topa tutublar. Mərmi düşüb bu gördüyünüz yerlərə. Kənddə silahı olan kişilər arvad-uşağı yığıb aparıblar dəniz qırağına. Özləri gəlib səngərə giriblər. Amma erməninin silahı çox olub, biz də isə quş tüfəngi. Çox davam gətirə bilməzdilər. Sonra türklər Biləcəri tərəfdən gəliblər. Mənim nənəm dəniz qırağına qaçanda o vaxt kiçik olan xalam qalıb kənddə. Türklər gəlib ermənini qovanda onu ağlayan tapıblar".

"Gördüyünü bu ərazini Novxanılılar "Sarı qaya" adlandırırlar. O vaxt ermənilər kəndə hücum edəndə əli silah tutan kişilər qadınları və uşaqları gətirib, bax o gördüyünüz qayalıqlara yığıblar".

Çəkiliş zamanı Hüseynbala kişi maraqlı bir fakt barədə danışdı... Sən demə o vaxt Sovet Azərbaycanın rəhbərliyində yüksək post tutan Şıxəli Qurbanov bu məzardan xəbərdar olub... Hətta deyilənlərə görə, onun türk şəhidlərinin məzarı başında dediyi bir bənd şeir sonradan baş daşına həkk olunub...

"O vaxt Şıxəli Qurbanov var idi, vəzifəli adam idi. Onun anası Novxanıdan idi, atası Kürdəxanıdan. O gəlmişdi bura. Xəbəri var idi bu məzardan. Gəldi ziyarət etdi. Şeir də dedi. Burada yazılan şeir onun sözləridi. Əvvəl baş daşı yox idi. Bu sözlər sinə daşına yazılmışdı, sonradan üstünü bu cür götürdülər".

Çəkilişimizi başa vurmaq istəyirdik ki, Hüseynbala kişinin nəvəsi balaca Əliağa heç kəsə demədən cibindən evlərindən gətirdiyi bir dəsmalı çıxarıb məzar daşını silməyə başladı... Bir anlıq hamımız susduq və biri-birimizə baxdıq... Əslində isə bu susqunluq deyildi...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR