Eldəniz Quliyev apellyasiya şikayəti verib

Eldəniz Quliyev apellyasiya şikayəti verib
# 12 noyabr 2014 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verilib. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə R. Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR