Qaxda 63 yaşlı qadını maşın vurub - FOTO - VİDEO

Qaxda 63 yaşlı qadını maşın vurub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2014 07:25 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda 63 yaşlı qadını maşın vurub.

Qax rayon Polis Şöbəsindən APA - nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Qax şəhəri Üzeyir Hacıbəyov və Nətavan küçələrinin kəsişdiyi ərazidə baş verib.

1975-ci il təvəllüdlü, Qax şəhər sakini Azər İbrahim oğlu Süleymanov idarə etdiyi “Mercedes” markalı 99 YP 434 dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yolun kənarında avtobus gözləyən piyada, 1951-ci il təvəllüdlü, Qax rayonu Ağçay kənd sakini Xədicəbəyim Məhəmməd qızı Seyidəliyevanı vurub. Qəza nəticəsində xəsarət alan yaralı X. Seyidəliyeva Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR