Gürcüstanda Təhlükəsizlik agentliyi yaradılacaq

Gürcüstanda Təhlükəsizlik agentliyi yaradılacaq
# 10 dekabr 2014 19:29 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazir İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan üçün ən optimal model işçi qrupu səviyyəsində müəyyən ediləcək: "Hesab edirəm ki, bu gün biz Gürcüstan Daxili İşlər Nazirliyində islahatlar aparılmasını müzakirə edə bilərik, bunun üçün maksimum şəffaf olacaq işçi qrupu yaratmaq lazımdır. Nazirliyin nəzdində olan təhlükəsizlik blokunun ayrıca təhlükəsizlik agentliyi kimi fəaliyyət göstərməsi də mümkündür. Bu agentliyə təhlükəsizlik və polis bölmələri daxil olacaq. Bunun nə vaxt və hansı formada baş tutacağı işçi qrupunun təklifləri sayəsində müəyyənləşəcək. Daha sonra hökumət bu məsələyə baxacaq və müzakirə üçün parlamentə təqdim edəcək," baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR