Balakən rayon sakini bıçaqlanıb - VİDEO

Balakən rayon sakini bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 10 noyabr 2014 07:28 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakini naməlum şəraitdə bıçaqlanıb. Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kortala kənd sakini, 1985-ci il təvəllüdlü Tural Akif oğlu Butdayev qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. T. Butdayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Xəstəxanadan bildirilib ki, yaralı T. Butdayev xəstəxanaya daxil olarkən içkili vəziyyətdə olub. Üç ay əvvəl ailə həyatı quran T. Butdayev həkimlərə həyat yoldaşı tərəfindən bıçaqlandığını söyləyib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə T. Butdayevin yaşadığı ünvanda baş verib. Onun həyat yoldaşı və valideynləri istintaqa ilkin ifadələrində Turalı evin həyətyanı sahəsində bıçaqlanmış vəziyyətdə aşkarladıqlarını söyləyiblər. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Butdayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR