Vergilər Nazirliyi borclu vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb

Vergilər Nazirliyi borclu vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb
# 17 sentyabr 2014 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərin növbəti siyahısını açıqlayıb.

APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, budəfəki siyahıya Tovuz, Gədəbəy, Şəmkir, Qazax və Ağstafadan olan 10 fiziki və hüquqi şəxs daxil edilib.

Siyahıya Ağstafa şəhərində qeydiyyata alınan fiziki şəxs Məmmədov Saleh Məhəmməd öğlu və hüquqi şəxs "Gülnarə Farm Med" MMC daxil edilib.

Tovuz şəhərində qeydiyyatdan keçmiş hüquqi şəxs “Toğrul” firması, "Nəsimi" firması, “Məzahir Məsimoğlu” MMC və fiziki şəxslər Qasımov Elçin Qasım öğlu, Mehdiyeva Arəmzər Məcid qızı da borcunu ödəməyənlərin siyahısına daxildir.

Həmçinin, bu siyahıda Şəmkir rayonunda qeydiyyata alınan fiziki şəxs Şıxıyev Çapar İslam oğlu, Gədəbəy rayonundan qeydiyyata alınan fiziki şəxs Hüseynov Elmir Nazim oğlu və Qazax rayonunda fəaliyyət göstərən fiziki şəxs Əsgərov Nizami Abuzər oğlunun da adları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR