Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib
# 21 avqust 2014 03:14 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Sidzuoka prefekturası yaxınlığında, ocağı isə 300 km dərinlikdə yerləşib.


Zəlzələ, paytaxt Tokio daxil olmaqla, Yaponiyanın 10 prefekturasında hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Yaponiyanın Milli Meteoroloji Xidməti bildirib ki, sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR