Azərbaycanın idxal-ixrac əməliyyatlarında 12,4 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın idxal-ixrac əməliyyatlarında 12,4 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 06 avqust 2014 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın rezidentləri dünyanın 134 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə əmtəə ixrac olunub, 122 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 20,6 mlrd. ABŞ dolları, o cümlədən ixracın həcmi 16,5 mlrd. dollar, idxalın həcmi 4,1 mlrd. dollar təşkil edib, nəticədə 12,4 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 828,7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR