Gələn il Azərbaycanda tikiləcək və təmir olunacaq məktəblərin sayı açıqlanıb

Gələn il Azərbaycanda tikiləcək və təmir olunacaq məktəblərin sayı açıqlanıb
# 15 dekabr 2014 09:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2015-ci ildə Azərbaycanda 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması, 50 təhsil müəssisəsinin binasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub ki, 2014-cü ildə nazirliyin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.

Bu il Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR