BMT baş katibi: “Dünyada ana ölümləri 50% azalıb”

BMT baş katibi: “Dünyada ana ölümləri 50% azalıb”
# 23 sentyabr 2014 08:34 (UTC +04:00)

APA – nın məlumatına görə, bunu BMT baş katibi Pan Gi Mun BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən deyib.

O qeyd edib ki, son 20 ildə insanların sağlamlığının yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr əldə olunub.

Bununla belə Pan Gi Mun dünyada hər gün 800-dək qadının hamiləlik nəticəsində və doğuş zamanı öldüyünü unutmamağa çağırıb. Onun sözlərinə görə, hər il inkişafda olan ölkələrdə 8,7 mln. gənc qızlar abort edirlər.

BMT hesabatlarına əsasən, 1994-cü ildə Qahirədə keçirilmiş beynəlxalq konfransdan bəri yeni doğulan uşaqların sayında azalma müşahidə olunub. 2011-ci ilin sonunda dünya əhalisinin sayı 7 milyardı keçib. Ekspertlərin fikrincə, 2030-cu ildə dünya əhalisinin sayı 8,4 milyarda çatacaq.

Avropa, Asiya və Cənubi Amerika ölkələrindən fərqli olaraq Afrika ölkələrində və bəzi Asiya dövlətlərində gənc insanların sayının artmasında rekord göstəricilər qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR