İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini edib

İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini edib
# 21 avqust 2014 07:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, ötən il mayın 4-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Pirşağı şosesində baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşlarına ailə üzvünün vəfatı ilə əlaqədar 5 000 manat, sağlamlığa dəymiş zərər ilə əlaqədar isə 1 500 manat məbləğində kompensasiya ödənişləri həyata keçirilib.

Kompensasiya ödənişləri poçt vasitəsi ilə bu il avqustun 20-də köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR