ABŞ-ın baş prokuroru istefa verib

ABŞ-ın baş prokuroru istefa verib
# 25 sentyabr 2014 17:52 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın baş prokuroru Erik Holder istefa verdiyini elan edib. APA-nın məlumatına görə, bu barədə “Röyters” agentliyinə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Məlumatda qeyd olunub ki, Holder istefaya getmək qərarını Ağ Evdə keçiriləcək tədbir zamanı rəsmi elan edəcək.

Holder həmçinin bildirib ki, yaxın gələcəyə dair onun hələlik heç bir planı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR