Elxan Məmmədov: “Bəs qapının yanındakı hakim hara baxırdı?!”

Elxan Məmmədov: “Bəs qapının yanındakı hakim hara baxırdı?!”
# 12 dekabr 2014 08:18 (UTC +04:00)

Bakı – APA. “Təəssüf, çox təəssüf, biz qələbəyə çox yaxın idik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) qarşılaşmasında yaşanan biabırçılığa münasibət bildirən Məmmədov son saniyələrdə Ağdam təmsilçisinin vurduğu qolun hesaba alınmaması, bununla da Azərbaycan təmsilçisinin 1/16 finala yolunun bağlanmasında hakimləri günahlandırıb: “Hətta hakimin qərarı da oyunun sonuna qədər emosiyalarımızı cilovlaya bilmədi. Bu, əsl dram idi. Biz uzun müddət bu qərarı müzakirə edəcəyik. Başa düşə bilmirəm ki, qapının yaxınlığındakı əlavə köməkçi hakim hara baxırdı?! Axı o, qolun qaydalar çərçivəsində vurulduğunu baş hakimə deyə bilərdi...”

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmanın 90+4-cü dəqiqəsində Riçard Almeyda rəqib qapısına yol tapsa da, çexiyalı hakimlər bu qolu hesaba almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR