Gənc Tamaşaçılar Teatrında Şekspirin “III Riçard” tamaşasının premyerası keçiriləcək

Gənc Tamaşaçılar Teatrında Şekspirin “III Riçard” tamaşasının premyerası keçiriləcək
# 01 dekabr 2014 11:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “III Riçard” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsəri Şekspirin anadan olmasının 450 illiyi münasibətilə dekabrın 20-də nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR