Rusiya Beynəlxalq Neft Bazarı Şurasının yaradılmasını təklif edir

Rusiya Beynəlxalq Neft Bazarı Şurasının yaradılmasını təklif edir
# 28 noyabr 2014 08:24 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya “Rosneft” şirkətinin prezidenti İqor Seçin Beynəlxalq Neft Bazarı Şurasının yaradılmasını təklif edib.

APA-Economics”in məlumatına görə, bu barədə İ. Seçin Almaniyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.

“Bu sahədə mövcud olan Beynəlxalq Energetika Agentliyi və Energetika Xartiyasının Katibliyi faktiki olaraq öz işinin öhdəsindən gələ bilmir. Mənim təklif bundan ibarətdir ki, gələcəkdə kartel olmayan, lakin daha effektiv fəaliyyət şuranın yaradılsın. Şurada neftin hasilatı ilə məşğul olan ölkələr təmsil olunacaq”, - deyə şirkət rəhbəri bildirib.

İ. Seçin əlavə edib ki, gələcəkdə şuranı yalnız hasilatla məşğul olan ölkələr deyil, həm də istehlakçılar və bazarın tənzimləyiciləri formalaşdıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR