Bakı-Quba yolunda maşın aşıb, 5 nəfər xəsarət alıb

Bakı-Quba yolunda maşın aşıb, 5 nəfər xəsarət alıb
# 20 sentyabr 2014 13:41 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, qəza magistralın 93-cü km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

90 BP 208 dövlət nömrə nişanlı “Nissan Tiida” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alan 1955-ci il təvəllüdlü Beleqsova Valentina Petrovna, 1988-ci il təvəllüdlü Hadıyeva Aynurə İlham qızı, 1956-cı il təvəllüdlü Səbirə Novruzova, 1978-ci il təvəllüdlü Nəcəfova Kəmalə Faiq qızı və 2003-cü il təvəllüdlü Həmidov Xanlar Elçin oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR