Avropa İttifaqının "qara siyahısı"na düşən Donbas separatçılarının adları açıqlanıb

Avropa İttifaqının "qara siyahısı"na düşən Donbas separatçılarının adları açıqlanıb
# 29 noyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropa İttifaqı sanksiyalar siyahısında yer alan qondarma Donetsk və Luqansk Xalq Respublikalarının rəsmi şəxslərinin adlarını açıqlayıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, siyahıya Luqansk Mərkəzi Seçki Komissiyasının sədri Sergey Kozyakov daxil olmaqla, 13 hökumət nümayəndəsi və 2 noyabr tarixində keçirilən qeyri-qanuni seçkilərdə iştirak edən 5 partiya daxil edilib.

Sanksiyalar bu gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR