Azərbaycandakı banklarda olan depozitlərin həcmi 23% artıb

Azərbaycandakı banklarda olan depozitlərin həcmi 23% artıb
# 27 noyabr 2014 14:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin noyabrın 1-nə 14 826,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 784,4 mln. manat və ya 23,12% çoxdur. O cümlədən, sentyabr ayı ilə müqayisədə oktyabrda depozitlərin həcmi 295,2 mln. manat və ya 2,03% artıb.

Depozitlərin tərkibində 7 005,4 mln. manatı və ya 47,25%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin noyabrın 1-nə nisbətən 702 mln. manat və ya 11,14% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin noyabrın 1-nə 7 821,3 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 2 082,5 mln. manat və ya 36,29% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 088,1 mln. manatı və ya 52,27%-i maliyyə təşkilatların depozitlərinin, 3 733,2 mln. manatı və ya 47,73%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

Yerli banklarda depozitlərin 7 485,1 milyonu manatla, 7 341,5 milyonu isə xarici valyutada yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR