Azərbaycan kitabları beynəlxalq yarmarkada mükafatlara layiq görülüb

Azərbaycan kitabları beynəlxalq yarmarkada mükafatlara layiq görülüb
# 10 sentyabr 2014 16:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan kitabları XXVII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir sıra mükafatlara layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgi müddətində Azərbaycan stendində Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və ölkə nəşriyyatları tərəfindən dövlətçiliyə, tarixə mədəniyyət və incəsənətə dair müxtəlif dillərdə nəşr edilən 300 adda 500 nüsxədən çox kitab və reklam nəşrləri nümayiş etdirilib.

Nazirlikdən bildiriblər ki, sərgi çərçivəsində MDB ölkələrinin XI Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin doqquz nominasiyasından üçündə Azərbaycan kitablarından Nigar Rəfibəylinin “Məhəbbətim bölünmədi”, Rəna Əfəndizadənin “Rəhim Seyfullayev – memar”, Tahir Salahovun “Qrafika” və “Rəngkarlıq” ikicildliyi I yerə, A. N. Karlyukeviçin “Dələ inşa yazır”, Neymət Kelimbetovun “Ümidimi itirmək istəmədim” kitabları II yerə, A. Quliyevin, Q. Cəbiyevin və F. Xəlillinin həmmüəllfi olduğu "Muradxan xəzinəsi" kitabı isə III yerə layiq görülüb.

Xalq yazıçısı Elçinin həyat və yaradıcılıq yolunu əks etdirən "Nədir ömrün mənası" kitabı "Qran-Pri" nominasiyası üzrə, xalq rəssamı Səlhab Məmmədovun "Albom"u isə "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlar alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR