Avropa Liqasının 33 iştirakçısı məlum olub: “Qarabağ” da onların arasındadır

Avropa Liqasının 33 iştirakçısı məlum olub: “Qarabağ” da onların arasındadır
# 07 avqust 2014 08:50 (UTC +04:00)

Bakı - APA. Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək 62 komandadan 33-ü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə birbaşa bu raunddan başlayacaq 18 komandaya Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uğursuzluğa düçar olmuş 15 komanda da qoşulub. Bu 33 komandadan biri Azərbaycan çempionu “Qarabağ”dır. Avstriya “Zalsburq”una uduzan və bununla da qitənin ən nüfuzlu turnirini tərk edən “Qarabağ”lılar mübarizəni daha zəif yarışda davam etdirəcək.

Pley-offun digər 29 iştirakçısı bu gün bilinəcək. Bunlar Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri olacaq. Azərbaycan kubokunun qalibi “Neftçi” də “Qarabağ”a qoşula bilər. Bunun üçün bakılılar Gürcüstan “Çixura”sını adlamalıdır.

Pley-offda oynayacağı bəlli olan 33 komandadan 19-nun yüksək reytinqlilər səbətində olacağı dəqiqdir. Bu komandalar “zəiflər” arasında olan “Qarabağ”ın potensial rəqibləridir. Onlar arasında Çempionlar Liqası son təsnifat mərhələsinin 7 uğursuzu və birbaşa mübarizəyə başlayan 12 komanda var. İtaliya “İnter”i, “Tottenhem”, “Vilyarreal”, Mönhenqladbax “Borussiya”sı da bu rəqiblərdəndir. Nisbətən münasib komandalar isə “Şerif” və “Dnepr”dir. Bu 19 komanda mərhələ adlayacağı halda “Neftçi”nin də potensial rəqibləridir.

AVROPA LİQASI

Pley-off mərhələsi

Yüksək reytinqlilər

Birbaşa mübarizəyə qatılanlar

“İnter” (İtaliya), “Tottenhem” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tvente” (Hollandiya), “Metallist” (Ukrayna), PAOK (Yunanıstan), “Borussiya” (M, Almaniya), “Lokomotiv” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Rapid” (Avstriya), “Sürix” (İsveçrə), “Nasional” (Portuqaliya).

Çempionlar Liqasından gələnlər

“Seltik” (Şotlandiya), “Panatinaikos” (Yunanıstan), “Dnepr” (Ukrayna), “Dinamo” (Xorvatiya), “Sparta” (Çexiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova)

Aşağı reytinqlilər

Birbaşa mübarizəyə qatılanlar

“Sent-Etyen” (Fransa), “Rostov” (Rusiya), “Midtulland” (Danimarka), “Apollon” (Kipr), “Zvolle” (Hollandiya), “Lokeren” (Belçika),

Çempionlar Liqasından gələnlər

“Partizan” (Serbiya), “Feyenoord” (Hollandiya), “Debretsen” (Macarıstan), “Qrasshoppers” (İsveçrə), “Aktobe” (Qazaxıstan), AEL (Kipr), “QARABAĞ” (AZƏRBAYCAN), HİK (Finlandiya).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR