Mübariz Qurbanlı: “Dövlət yas məclislərində açılan süfrələrə müdaxilə etmir”

Mübariz Qurbanlı: “Dövlət yas məclislərində açılan süfrələrə müdaxilə etmir”
# 23 oktyabr 2014 10:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanda dövlət heç yerdə yas mərasimini hansısa formada keçirməyə məcbur etmir”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz MÜsəlmanları İdarəsində keçirilən tədbirdə deyib.

O qeyd edib ki, tövsiyə yalnız mərasimlərdə israfçılığın qarşısının alınmasından ibarətdir: “Biz də bu vaxta kimi Dövlət Komitəsi olaraq Qafqaz Müsəlmanları İdarəsinin dediklərindən fərqli heç nə deməmişik. Deyilənlər tövsiyə xarakteri daşıyıb. Tövsiyələri isə insanlara izah etmək lazımdır".

M. Qurbanlı deyib ki, yas məclislərində açılan süfrələrə dövlət müdaxilə etmir: “Bizin bununla bağlı kiminsə işinə müdaxilə etmək fikrimiz yoxdur. Qanun nə deyirsə, biz onunla məşğuluq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR