Qırğızıstan Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Ədliyyə Nazirliyində olub

Qırğızıstan Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Ədliyyə Nazirliyində olub
# 09 oktyabr 2014 15:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda səfərdə olan Qırğızıstan Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir müavini ədliyyə və məhkəmə-hüquq sistemindəki yeniliklərdən danışıb, əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

M.Kasımaliyev qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduqlarını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR