Pakistanda daşqınlar nəticəsində 346 nəfər ölüb

Pakistanda daşqınlar nəticəsində 346 nəfər ölüb
# 21 sentyabr 2014 01:38 (UTC +04:00)

Ölkənin şimal və şimal-şərq rayonlarında davam edən təbii fəlakət nəticəsində, ümumilikdə, 346 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, daşqınlar ölkənin cənubundakı Sind əyalətini də əhatə edib, bu bölgənin 50 mindən çox sakini təhlükəsiz ərazilərə təxliyə olunub.

Xilasetmə əməliyyatlarına ordu qüvvələri də cəlb olunub, belə ki, əhali təbii fəlakət zonasından hərbi helikopterlər və katerlər vasitəsilə ilə də təxliyə olunur.

Daşqınlardan, ümumilikdə, 1,7 mln sakinin ziyan çəkdiyi bildirilir. Tibb məntəqələrinə 300 mindən çox insan müraciət edib.

Qeyd edək ki, 2010-cu ildə Pakistanda daşqınlar nəticəsində 1800-dək insan ölüb, 20 mln sakinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR