Məlahət Abbasovanın quruluş verdiyi “Şekspir” tamaşası növbəti dəfə mükafat qazanıb

Məlahət Abbasovanın quruluş verdiyi “Şekspir” tamaşası növbəti dəfə mükafat qazanıb
# 17 noyabr 2014 14:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanlı aktrisa Məlahət Abbasovanın Türkiyədə xalq yazıçısı Elçin Əfəndiyevin pyesi əsasında quruluş verdiyi “Şekspir” tamaşası mükafat qazanıb.

M.Abbasovanın APA-ya verdiyi məlumata görə, “2013-1014 Tasarim Ödülleri” mükafatına bu dəfə tamaşanın dekorasiyası layiq görülüb.

Aktrisa bildirib ki, mükafatı İstanbul Şəhər Teatrları arasında ancaq onun tamaşası qazanıb: “Əvvəllər də bu tamaşanın dekor işi iki ayrı mükafata layiq görülüb. Bundan başqa, “Şekspir” tamaşasında rol alan beş nəfər aktyor və aktrisa “İlin ən yaxşı sənətçiləri” mükafatına da layiq görülüblər. Bu qaliblər Türkiyədə fəaliyyət göstərən 147 teatrın arasından seçilir”.

Qeyd edək ki, “Şekspir” tamaşasının bəstəkarı Aygün Səmədzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR