“DəmirBank”da “Sərfəli Məzənnə” aksiyası davam edir

“DəmirBank”da “Sərfəli Məzənnə” aksiyası davam edir
# 05 avqust 2014 09:08 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” təcili pul köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitləri alan müştərilər üçün “Sərfəli Məzənnə” aksiyası davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq Bakı, Sumqayıt şəhəri və regionlarda bir çox müştərilər aksiyamızdan faydalanaraq aldıqları vəsaitləri daha sərfəli məzənnə ilə mübadilə edərək öz pullarına qənaət edirlər.

Aksiya çərçivəsində istənilən bankda pul köçürməsi üzrə vəsait qəbul edən müştərilər vəsaitin daxil olmasını təsdiq edən sənəd ilə “DəmirBank”a gələrək bank üçün təyin edilmiş rəsmi məzənnədən olduqca güzəştli alış kursu ilə valyuta mübadiləsi həyata keçirə bilərlər. Bu aksiya həmçinin bankın təcili pul köçürmə sistemlərindən istifadə edən müştərilərə aid edilir. Aksiya bu ilin sentyabrın 9-dək davam edəcək.

Xatırladaq ki, hazırda “Dəmirbank” “Western Union”, “Blizko”, “Contact”, “Coinstar”, “PrivateMoney”, “Lider”, “Forsaj”, UPT, “Monex” sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirir. Həmçinin bankın “Şimşək” sistemi vasitəsilə sərfəli tariflərlə ölkədaxili köçürmələrdən faydalana bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR