Azərbaycan-Türkiyə hərbi təlimlərində döyüş atışı mərhələsi keçirilib - FOTOSESSİYA - VİDEO

Azərbaycan-Türkiyə hərbi təlimlərində döyüş atışı mərhələsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 may 2015 14:47 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə əsasən döyüşdə iştirak edən qüvvələr və yardımçı bölmələri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlər döyüş atışlarını və raket buraxılışlarını yüksək dəqiqliklə həyata keçirərək bütün hədəfləri məhv ediblər.

Təlimlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR