Azərbaycanda fəaliyyət göstərən daha bir BOKT istiqraz emissiyasına hazırlaşır

Azərbaycanda fəaliyyət göstərən daha bir BOKT istiqraz emissiyasına hazırlaşır
# 24 iyul 2015 10:31 (UTC +04:00)

Bakı - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Premier Kredit" bank olmayan kredit təşkilatının faizli sənədsiz adlı istiqrazları dövlət qeydiyyatına alınıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emissiya 580 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlardan ibarətdir. Qiymətli kağızların hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR