Azərbaycanlı sahibkarlar “ViroExpo 2015” sərgisinə dəvət alıb

Azərbaycanlı sahibkarlar “ViroExpo 2015” sərgisinə dəvət alıb
# 03 iyul 2014 12:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xorvatiyada “ViroExpo 2015” beynəlxalq sərgi və yarmarkası təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq sərgi və yarmarka 2015-ci ilin yanvar ayında Virovitiça şəhərində baş tutacaq.

Sərgi təhsil, səhiyyə, kənd təsərrüfatı, turizm və sənətkarlıq mövzularına həsr olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Tədbirdə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları Azərbaycanın Xorvatiyadakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR