ATƏT ABŞ-ı söz azadlığına hörmət etməyə çağırıb- VİDEO

ATƏT ABŞ-ı söz azadlığına hörmət etməyə çağırıb- <span style="color: red;">VİDEO
# 19 avqust 2014 22:26 (UTC +04:00)

APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin yazılı açıqlamasında Birləşmiş Ştatlarda 18 yaşlı qaradərili gənc Maykl Braunun polis tərəfindən öldürüldüyü Sent Luis şəhərinin Fergüson rayonundakı nümayişlərdə jurnalistlərin həbs edilməsi pislənilir: "Fergüsondakı hadisələrlə bağlı xəbər hazırlayan jurnalistlərin azad və təhlükəsiz şəkildə çalışa bilməsinin təmin olunmasını istəyirəm".


ATƏT nümayəndəsinin açıqlamasında bir neçə jurnalistin saxlanıldığı, bəzilərinə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

Dunya Miyatoviç bəyan edib ki, təhlükəsizlik qüvvələri ictimai asayişi təmin edərkən xalq etirazlarını işıqlandıran jurnalistlərin hüquqlarını unutmamalı, media nümayəndələri polis tərədindən təhdid edilməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR