Penitensiar xidmətin Tərbiyə müəssisəsində tədbir keçirilib

 Penitensiar xidmətin Tərbiyə müəssisəsində tədbir keçirilib
# 25 noyabr 2014 15:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. BMT-nin "Uşaq Hüquqları Konvensiyasının" qəbul edilməsinin 55-ci ildönümü münasibətilə Ədliyyə Nazirliiyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində Himayəçilik Şurası üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən müəssisənin rəisi Araz Rzayev bildirib ki, 20 noyabr 1953-cü ildə qəbul edilmiş BMT-nin "Uşaq Hüquqları Konvensiyasının" bu il 55 illiyinin bütün dünyada qeyd edilir.

Tədbirdə iştirak edən Himayəçilik Şurasının sədri Xalidə Bayramova uşaq hüquqlarına dövlətimiz və ölkə rəhbərliyi tərəfindən daim xüsusi önəm verildiyini və ölkəmizin konvensiyaya qoşulmasının da artıq 25 illiyinin tamam olduğunu qeyd edib.


Tərbiyə olunanlara konvensiya ilə bağlı uşaq hüquqları barədə ətraflı məlumat verilib.


Sonda qonaqlar tərəfindən gətirilmiş bayram hədiyyələri məhkumlara təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR