Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Çilidə sabiq və yeni prezidentlərlə görüşüb

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Çilidə sabiq və yeni prezidentlərlə görüşüb
# 12 mart 2014 09:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Çilidə prezident mandatının Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan hökuməti adından iştirak etmək məqsədilə Çilidə səfərdə olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfərin birinci günü Ə.Abbasov mandatını başa vurmaqda olan prezident S.Pinera və onun hökumətindəki xarici işlər naziri Alfredo Morenonun adından təşkil olunmuş rəsmi tədbir və qəbullarda iştirak edib.

Bundan əlavə, yeni prezident M.Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində iştirak edən nazir Çilinin dövlət başçısına Azərbaycan prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR