Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.