Paşha Bank
Bank Of Baku

Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
# 25 sentyabr 2026 09:17 (UTC +04:00)

Sentyabrın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.

Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR