Mingəçevir SES-in tikintisində çalışmış alman əsirlərdən bəhs edən filmin təqdimatı olub

Mingəçevir SES-in tikintisində çalışmış alman əsirlərdən bəhs edən filmin təqdimatı olub
# 26 avqust 2015 14:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Avrasiya Fondunda Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Media İnkişaf Mərkəzi İctimai Birliyinin sifarişi ilə APA TV-nin hazırladığı “444 nömrəli düşərgə” filminin təqdimatı olub.

APA-nın məlumatına görə, tədbirdə qeyd olunub ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Media İnkişaf Mərkəzi İctimai Birliyi ilə birgə bir neçə layihə həyata keçirilib.

“444 nömrəli düşərgə” filmi II Dünya müharibəsindən sonra SSRİ-də ən böyük tikintilərdən biri olan Mingəçevir Su Elektrik Stansiyasının tikintisində çalışan alman əsirlərinin taleyindən bəhs edir.

Ekran əsərində almanlarla azərbaycanlıların münasibətləri, stansiyanın və su anbarının tikintisində alman əsirlərinin rolu sənədlər və gündəliklər vasitəsi ilə əks olunub.

37 dəqiqəlik filmdə alman əsirləri ilə təmasda olan, bir yerdə çalışan azərbaycanlıların təəssüratları, əsirlərdən bir neçəsinin xatirələri, tarixi xronikalar da yer alıb.

Ekran əsərinin çəkilişləri Mingəçevirdə, Almaniyada və Bakıda aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR