Rusiya XİN: Rusiya Suriyaya hərbi yardımı yalnız terrorla mübarizə aparmaq üçün edir

Rusiya XİN: Rusiya Suriyaya hərbi yardımı yalnız terrorla mübarizə aparmaq üçün edir
# 10 sentyabr 2015 19:13 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya Suriyaya hərbi yardımı yalnız terrorla mübarizə aparmaq üçün edir. Rusiya istehsalı silahların digər məqsədlərlə istifadə olunmamasının zəmanəti barədə müddəa tərəflər arasında imzalanmış müqavilədə əksini tapıb". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, silahların digər məqsədlərlə istifadə olunmamasının zəmanəti ikitərəfli müqavilədə qeyd olunub: "Sözsüz ki, biz Suriyaya Dəməşqin terrorla mübarizə aparması üçün silah göndəririk. Sizi əmin edə bilərəm ki, beynəlxalq terrorla mübarizədən başqa biz Dəməşqə hərbi-texniki yardım etmirik. Bu Moskvanın əsas məqsədidir".

Mariya Zaxarova Suriyada rusiyalı hərbi mütəxəsisslərin olduğunu və onların suriyalılara Rusiya hərbi texnikasını istifadə etməkdə kömək etdiklərini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR