Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı səfiri: “Xəzərin statusu ilə bağlı əsas problem İran və Türkmənistanın mövqeyidir”

Qazaxıstanın Azərbaycandakı səfiri: “Xəzərin statusu ilə bağlı əsas problem İran və Türkmənistanın mövqeyidir”
# 04 iyul 2008 10:33 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA “Xəzər dənizinin statusu məsələsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiya arasında problem yoxdur. Əsas problem İran və Türkmənistanladır”. APA-nın məlumatına görə, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, Türkmənistanla mövqelərinin yaxınlaşdığını və razılıq əldə olunacağına ümid etdiyini bildirib. Səfir iyulun 23-24-də Bakıda Xəzərin statusu üzrə işçi qrupun iclasının keçiriləcəyini açıqlayıb. Bu görüş Xəzəryanı ölkələrin dövlət başçılarının bu il Bakıda keçirilməsi planlaşdırılan sammitinə hazırlıq məqsədi daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR