Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı səfiri: “Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir”

Qazaxıstanın Azərbaycandakı səfiri: “Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir”
# 04 iyul 2008 10:49 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. “Azərbaycanın işğal olunmuş yeddi rayonu azad olunmalıdır”. APA-nın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Qazaxıstan 2010-cu ildə ATƏT-də sədrliyi təhvil aldıqdan sonra bu məsələnin həlli üçün fəal iş aparacaq. Diplomat Dağlıq Qarabağ münaqişəsində xalqların günahkar olmadığını vurğulayıb: “Bu, siyasi məsələdir. Problem dövlət başçıları səviyyəsində, kənar müdaxilə olmadan həll olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR