Bank Of Baku

Çexiyanın xarici işlər naziri: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına imkan verməyəcək”

Çexiyanın xarici işlər naziri: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına imkan verməyəcək”
# 04 iyul 2008 11:47 (UTC +04:00)
Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə həmkarı tanış edib, Praqa prosesinin 4 il öncə başlandığını xatırladıb. Danışıqlarda iqtisadi məsələlərə xüsusi yer ayrıldığını deyən Elmar Məmmədyarov Çexiya iş adamlarının Azərbaycana çox böyük marağı olduğunu, Azərbaycan biznesmenləri tərəfindən də Çexiyaya maraq olduğunu söyləyib: “Gələn il yanvarın 1-də Avropa İttifaqında sədrlik Fransadan Çexiyaya keçməsi ilə əlaqədar də müzakirələr apardıq. Nazir bildirib ki, sədrlik dövri bitəndən sonra Çexiyanın Azərbaycanda səfirliyi açılacaq, hazırkı səfirin rezidensiyası isə Praqada yerləşir”. Karel Şvartsenberq Elmar Məmmədyarovla çox açıq və ətraflı danış apardığını bildirib: “Biz ikimiz də hadisələri öz adı ilə adlandırdığımız üçün dialoqumuz çox rahat alındı”. İkitərəfli münasibətlərdə heç bir problem olmadığını deyən çexiyalı nazir iqtisadi və siyasi sahədə ölkələrimiz arasında ümumi marağın olduğunu söyləyib. Onun sözlərinə görə, danışıqlarda Avropa İttifaqında hazırkı vəziyyət, Azərbaycanın bugünkü qurumu, NATO-ya daha da yaxınlaşması, ölkələrimiz arasında qarşılıqlı səfər mübadilələri müzakirə olunub. Sualları cavablandıran çexiyalı nazir bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır: “Hazırkı dövrdə münaqişələr iki tərəf arasında aparılan danışıqlar yolu ilə həll olunmalıdır, beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanmasına imkan verməyəcək ki”. XİN başçısı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi köməklik göstərməyə hazır olduğunu da bəyan edib. Çexiyada ABŞ-ın raket hücumundan müdafiə sisteminin elementlərinin quraşdırılmasına dair sualı cavablandıran Şvartsenberq deyib ki, belə qərar verilib və iyulun sonunda ABŞ-la müvafiq sənəd imzalanacaq: “Qəbələ radiolokasiya stansiyasına gəldikdə, bu stansiyanın hazırkı vəziyyəti Avropa İttifaqının tələblərinə cavab vermir, lakin gələcəkdə bu obyekt bərpa edib istifadə oluna bilər”. Ölkəsinin Nabucco layihəsinə münasibətini açıqlayan nazir deyib ki, Çexiya bu layihədə iştirak etmir, amma prosesi çox maraqla izləyir: “Bu, Avropa üçün çox maraqlı layihədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR