Bank Of Baku

Heikki Talvitie: “Regionda mövcud olan bir sıra geosiyasi amillər Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə mənfi təsir göstərir”

Heikki Talvitie: “Regionda mövcud olan bir sıra geosiyasi amillər Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə mənfi təsir göstərir”
# 29 iyul 2008 13:22 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi, səfir Heikki Talvitieni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qonaq Azərbaycanda şahidi olduğu inkişafı, iqtisadi nailiyyətləri yüksək qiymətləndirib, bu inkişafın ölkənin mövqeyini gücləndirdiyini söyləyib. MDB məkanında dondurulmuş münaqişələrə toxunan H. Talvitie Dağlıq Qarabağ məsələsinə dair fikirlərini bölüşərək, regionda bir sıra geosiyasi amillərin münaqişənin tənzimlənməsinə mənfi təsir göstərdiyini qeyd edib.
Öz növbəsində, E. Məmmədyarov regionda sabitliyin və etimadlı tərəfdaşlıq münasibətlərinin hər bir regional iştirakçının marağında olduğunu qeyd edərək, Azərbaycanın öz qonşusunu etibarlı və inkişaf edən ölkə kimi görmək istədiyini diqqətə çatdırıb. Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinin hər iki münaqişə tərəfi üçün əhəmiyyətini vurğulayan nazir Ermənistan tərəfini də buna inandırmağı vacib sayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR